"Xəyal Zeynalovun özünə və fəaliyyətinə böyük hörmətimiz var, amma..."- "Kəpəz" rəsmisi

12:54 1 İyun 2015

Xəbər verdiyimiz kimi Gəncədə fəaliyyət göstərən "Gənc qapıçılar" klubunun məşqçiləri- Xəyal Zeynalovla Tariel Hüseynov "Kəpəz"ə keçə bilər.

 

SportArena.az olaraq, "Kəpəz"in icraçı direktoru Mehman Allahverdiyevlə əlaqə saxlayıb, məsələy münasibətini öyrəndik:

 

"Bu barədə hələ tam qərar verməmişik. İndi bizim məqsədimiz daha savadlı və bacarıqlı məşqçiləri kluba cəlb etməkdir. Xəyal Zeynalov da "Kəpəz"in ən güclü futbolçularından olub. Onun özünə və fəaliyyətinə böyük hörmətimiz var. Vaxtım olanda Taryellə Xəyalın keçdiyi məşqləri də izləyirəm. Onların istedadına heç bir şübhəm yoxdur. Çünki, bir yerdə işləmişik deyə, bacarıqlı olduqlarının canlı şahidi olmuşam. İndi onların "Kəpəz"ə keçməsi gündəmdə olmasa da, qarşıdakı günlərdə bir-neçə təyinatlar ola bilər. Yenə deyirəm ki, məqsədimiz Gəncə futbolunu və Azərbaycan futbolunu inkişaf etdirmək və milli komandamıza yaxşı futbolçular verməkdir".

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti