FOTO- İbrahimoviçin Bakıya gəlmə səbəbi məlum oldu!

17:36 1 İyun 2015

İsveç yığmasının və PSJ-nin hücumçusu Zlatan İbrahimoviç Bakıya gəlməsi haqda xəbər vermişdik. Artıq məşhur futbolçunun paytaxtımıza gəliş səbəbi açıqlanıb.

 

Belə ki, Zlatan Bakıya öz dostu, sabiq qaydasız döyüşçü Faiq Babanlının dəvəti ilə gəlibmiş. Bu barədə Babanlı bunları deyib: "Biz Zlatanı Azərbaycanı göstərmək üçün dəvət etdik. Bakı və regionları gözdirəcəyik. Bir işi çıxmasa, burda 3-4 gün qalması gözlənilir. Onun gəlişinin Avropa Oyunlarına aidiyyatı yoxdu, heç bir reklamda da çəkilməyəcək. Dostum Asif İlyasov da mənim kimi ovçudu və biz ona ölkəni göstərmək istədik. Ancaq Zlatan ov həvəskarı deyil. Daha çox ekstremal idman növlərinin azarkeşidi. Belə baxanda Azərbaycanda ov üçün o qədər də imkan yoxdu. Bizdə şir-pələng də yoxdu (gülür)" .sportbox


Digər xəbərlər

Xəbər xətti