Qara Qarayev: "Malaqa ilə 2-3 illik müqavilə imzalamağı planlaşdırıram"

09:10 2 İyun 2015

Azərbaycanın U-17 yığmasının hücumçusu Qara Qarayev İspaniyanın "Malaqa" klubuna keçməyə yaxındır. SportArena.az saytına açıqlamasında o, bunları söyləyib:

 

"Bütün məsələlər tezliklə həll olunacaq və İspaniya klubunun düşərgəsinə yollanacağam. Oraya valideynlərimlə yox, AFFA rəsmiləri ilə gedəcəyəm. "Malaqa" mənim üçün mənzil kirayələyəcək və orada yaşayacağam. 2-3 illik müqavilə imzalamağı planlaşdırıram. 19 yaşadək ibarət komandada oynamalı olacağam. Maaşa gəlincə, hələ bu barədə danışmamışıq. Həm də bu, elə də vacib məsələ deyil. Əsas mənim orada oynamağımdır".azerisport


Digər xəbərlər

Xəbər xətti