"Qarabağ" - "Neftçi" oyununda 3 FIFA referisi

12:08 2 İyun 2015

Azərbaycan Kubokunun final matçına təyinat alan 3 hakimin adı müəyyənləşib. SportArena.az хəbər verir ki, hər 3 FIFA refxerimiz finalda iş başında olacaq.
 
 
Bu barədə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov "Xəzər" TV-də yayımlanan "Futbol saatı" verilişində açıqlama verib. Məmmədov bildirib ki, Əliyar Ağayev, Rəhim Həsənov və Orxan Məmmədov finala təyinat alıb. Onlardan hansının baş hakim, hansının dördüncü, hansının isə əlavə köməkçi hakim olacağı açıqlanmayıb. Görüşü 6 hakimin idarə edəcəyini söyləyən Məmmədov təyinatların oyun günü müəyyənləşəcəyini açıqlayıb. 
 
Qeyd edək ki, iyunun 3-da Qəbələ şəhər stadionunda keçiriləcək "Neftçi" - "Qarabağ" matçı saat 21.00-da başlayacaq.fanat.az


Xəbər xətti