ÖZƏL- "Qarabağ"ın oyununa neçə bilet satılıb?

13:11 2 İyun 2015

Xəbər verdiyimiz kimi sabah Azərbaycan Kubokunun final matçı keçiriləcək.

 

SportArena.az-ın əldə etdiyi xəbərə görə, oyun üçün indiyə qədər 3100  bilet azarkelər tərəfindən əldə olunub. Belə ki, 2000-dən artıq bilet "Qarabağ" azarkeşləri alıb, 500 bilet isə "Neftçi" azarkeşlərinə klub tərəfindən paylanılıb. Digər biletləri isə yerli sakinlər alıb. Hal-hazırda "Qəbələ" azarkeşləri kassalarda bilet almağa davam edirlər.

 

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" oyunu Qəbələ şəhər stadionunda keçiriləcək və saat 20.00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti