VİDEO- Regionda futbol

14:36 2 İyun 2015

Azərbaycan birinci divizionunda 2014/2015 mövsümünə yekun vurulub.

 

SportArena.az-ın "Region TV"yə istinadən yaydığı xəbərə görə, Gəncənin "Kəpəz" klubu cari mövsümün 30-cu turu çərçivəsində son qarşılaşmasına çıxıb. Səfərdə "Göyəzən"in qonağı olan Vidadi Rzayevin yetirmələri rəqibini 3 cavabsız qolla məğlub edib.

Qazax təmsilçisi ilk hissədə 11 metrlik cərimə zərbəsindən qol vurmaq şansı əldə etsə də, bu fürsəti dəyərləndirə bilməyib. Əvəzində 63-cü dəqiqədə Gəncəlilər hesabı açıblar. 76-cı dəqiqədə fərq 2 topa yüksəlib. Son qol isə 80-ci dəqiqədə qeydə alınıb. "Göyəzən" - "Kəpəz" 0:3. 


Xəbər xətti