"Qaraba" "Neftçi" ilə bərabərə qaldı

20:15 2 İyun 2015

Bu gün "Qarabağ" və "Neftçi"nin veteran futbolçuları arasında yoldaşlıq görüşü baş tutub. Bugünkü oyunda əsasən, 1996-cı ildə adıçəkilən komandaların şərəfini qorumuş və finalda iştirak etmiş oyunçular meydana çıxıblar.  Həmin il olduğu kimi, yenə qarşılaşmanı sabiq FİFA referisi Tahir Süleymanov idarə edib.

 

Oyun 1:1 hesabı ilə başa çatıb. “Neftçi”dən Xəqani Məmmədovun vurduğu qola, “Qarabağ”dan Kənan Kərimov cavab verib.


Komandalar meydana aşağıda qeyd olunan heyətlə çıxıblar:

"Qarabağ": Cəmaləddin Əliyev, Səttar Əliyev, Elşad Əhmədov, Aslan Kərimov, Təbriz Həsənov, Vadar Nuriyev, Emin Salmanov, Yaşar Hüseynov, Tərlan Əhmədov, Müşfiq Hüseynov, Nazim Əliyev, Elmir Xankişiyev, Elşad Xudadatov, Zaur Qarayev, Mahir Əliyev, Kənan Kərimov, Mehman Alışanov

Baş məşqçi: Ağasəlim Mircavadov

"Neftçi": Elxan Həsənov, Arif Əsədov, Mehman Yunusov, Vidadi Rzayev, Mais Əzimov, Rasim Abuşov, Yaşar Vahabzadə, İlham Məmmədov, Samir Ələkbərov, İlham Yadullayev, Aydın Ələkbərov, Füzuli Məmmədov, Xaqani Məmmədov, Əli Abuşov, Bəxtiyar Musayev.

Baş məşqçi: Böyükağa Ağayev


Xəbər xətti