"Kəpəz"ə niyə yeni çalışdırıcı cəlb olundu? Vidadi Rzayev danışdı

21:12 2 İyun 2015

"Kəpəz”in sabiq baş məşqçisi Vidadi Rzayev bəzi maraqlı məqamlara aydınlıq gətirib.

 

SportArena.az xəbər verir ki, Rzayev "Kəpəz"də ba məşqçi kimi işləməməsinin səbəbini belə izah edib:

 

"Növbəti mövsüm "Kəpəz”in necə olacağı və nəyə iddia edəcəyi ilə bağlı sual mənə yox, Şahin Diniyevə ünvanlanmalıdı. Komandanı o çalışdıracaq. Köməkçiləri I divizionda oyunlarımızı da izləyib. Hərənin futbola baxışı fərqlidi. Onlara işlərində, gələcək karyeralarında uğurlar arzulayıram. Mənim baş məşqçi kimi qalmamağımda hardasa öz günahım da var. Çünki lazımı kateqoriyam yoxdu”.


Digər xəbərlər

Xəbər xətti