Yığmamız beynəlxalq turnirdə iştirak edəcək

12:49 3 İyun 2015

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iyunun 8-dən 20-ə qədər Gürcüstanın Tiflis şəhərində təlim-məşq toplanışında olacaq.

 

SportArena.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız 21-27 iyun tarixlərində Qazaxıstanın Astana şəhərində təşkil olunacaq “Prezident kuboku”turnirində iştirak edəcək.

Tiflisdəki toplanış ərzində yığmamızın iki yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.

“Prezident kuboku” turnirində yığmamızın keçirəcəyi oyunların təqvimini diqqətinizə çatdırırıq:

22 iyun
Belarus – Azərbaycan
 
23 iyun
Rusiya-2 – Azərbaycan
 
25 iyun
Gürcüstan – Azərbaycan


Digər xəbərlər

Xəbər xətti