Qurban Qurbanov: "Hesab 2:1 olanda istər-istəməz narahatçılıq yarandı"

08:32 4 İyun 2015

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun finalında "Neftçi"yə qalib gəldikləri matçdan (3:1) sonra keçirilən mətbuat konfransında qələbəni belə şərh edib:

 

"Maraqlı və gərgin oyun alındı. Çox istəyirdik ki, ölkə çempionluğu ilə yanaşı, kubokun da qalibi olaq. Oyun ərzində müəyyən problemlər yaşaya biləcəyimizi söyləmişdim. Hesab 2:1 olanda istər-istəməz narahatçılıq yarandı. Cərimə zərbələri zamanı rəqib qapımız önündə təhlükə yaradırdı. Amma 3-cü qoldan sonra komanda daha rahat oynamağa başladı. Ağır bir mövsüm keçirdik. Futbolçularım bu qələbəyə layiq idi. Onlar tələb olunan oyunu sərgilədilər. Hər birinə təşəkkür edirəm, uğurlar arzulayıram. Peşəkar Futbol Liqasına da belə yüksək səviyyəli təşkilatçılığa görə təşəkkür edirəm".


Digər xəbərlər

Xəbər xətti