"Xəzər Lənkəran"ın 17 yaşlı futbolçusu milliyə dəvət aldı

14:43 4 İyun 2015

Bir-neçə gün öncə xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iyunun 8-dən 20-ə qədər Gürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışında olacaq, 21-27 iyun tarixlərində isə Qazaxıstanın Astana şəhərində təşkil olunacaq “Prezident kuboku”turnirində iştirak edəcək.

 

SportArena.az xəbər verir ki, milli komandanın heyətində "Xəzər Lənkəran" akademiyasının iki üzvü də yer alıb. Bunlar 1999-cu il qrupunun aparıcı üzvləri Yusif Həsənov və İbrahim Qədirzadədir.


Xəbər xətti