"Neftçi"nin qapıçısı: "Qarabağ" bizdən üstün oynadı"

10:03 5 İyun 2015

Xəbər verdiyimiz kimi, kubokun finalında "Qarabağ"a məğlub olan "Neftçi" komandası mövsümü titulsuz bitirdi.

 

SportArena.az olaraq, son oyun haqqında fikirlərini öyrənmək üçün, "Neftçi"nin qapıçısı Aqil Məmmədovla əlaqə saxladıq:

 

"Final matçında "Qarabağ" bizdən üstün oynadı. Onları belə layiqli qələbə münasibəti ilə bir daha təbrik edirəm. Təbii ki, "Nefti" də kuboku qazanmağı çox istəyirdi, amma oyunumuz alınmadı. Çünki, istədiyimiz oyunu orta qoya bilmirdik. Avroliqaya vəsiqə qazanmışıq. İstəyirik ki, Avropada yaxşı nəticə qazanmaqla, Premyer Liqadakı uğursuzluğu unutduraq".


Digər xəbərlər

Xəbər xətti