FOTO Güləş yığmalarımız Heydər Əliyev adına İdman Sarayında məşq etdi

15:37 5 İyun 2015

Tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunları çərçivəsində güləş yarışları 13-18 iyun 2015-ci il tarixdə Heydər Əliyev adına İdman Sarayında keçiriləcək.

 

SportArena.az xəbər verir ki, oyunlara hazırlaşan sərbəst, qadın və yunan-Roma güləşi üzrə yığma komandalarımız yarışların keçiriləcəyi Heydər Əliyev adına İdman Sarayında məşq ediblər. Məşq prosesini Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyevlə yanaşı, vitse-prezidentlər Məhəmməd Aliomarov və Namiq Abdullayev, AGF baş katibi Əjdər Cəfərov da izləyib.

Qeyd edək ki, “Bakı-2015”in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq yarışlar 13-18 iyun tarixlərində keçiriləcək və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. İyunun 15-16-da qadın güləşçilər, 17-18- iyunda isə sərbəst güləşçilər yarışacaq.


Digər xəbərlər

Xəbər xətti