Saşa Stamenkoviçdən vida: "Deməyə çox sözüm var..."

23:14 6 İyun 2015

"Neftçi"nin qapıçısı Saşa Stamenkoviç paytaxt klubundan ayrılıb. SportArena.az xəbər verir ki, o, sosial şəbəkədə sabiq klubuna, eləcə də Azərbaycana vida məktubu yazıb:

 

"Əziz dostlar, sizi salamlayıram və bir neçə söz yazmaq istəyirəm.

Uzun və ağır mövsüm və böyük emosialardan sonra, doğru söz tapmaq çətindir.
Mən kluba gələndə, bilirdim ki, nə vaxtsa onu tərk edəcəyəm, lakin mən bu barədə düşünməməyə çalışırdım. Deməyə çox sözüm var, "Neftçi" həyatımın bir xoş dövrü idi. Onu tərk etmək o qədər də asan deyil. Mən klubu tərk edəcəyimi biləndə çox üzüldüm, amma həyat davam edir. Mən kluba gələndə sanki hər şey yuxu kimi gəlirdi. Mənə şans verirdilər, mən də istifadə edirdim. Mən dörd ilə dörd kubok qazandım, əbədi rəflərdə qalacaq bütün dördü ilə fəxr edirəm. Avropa Liqasındakı tarixi müvəffəqiyyətin qürurunu və Kiprdən qayıtdıqdan sonra hava limanında bizi qarşılayan minlərlə adamı heç vaxt unutmayacağam.

Mən bəlkə klub tarixinin ən yaxşı dövründə "Neftçi"də oynadım, bununla fəxr edirəm. Bir neçə dəfə zədəli olsam da, oynadım. Mənim hərəkətlərim klubun gənc oyunçuları üçün yaxşı bir nümunə idi. Futbolla həyat bitmir, pis şeylər düşünmək istəmirəm. Yalnız ən yaxşıları xatırlayıram ki, burada çoxlu dost qazandım. Komanda yoldaşlarımın hər birinə mənə verdikləri dəstək üçün təşəkkür etmək istəyirəm. Burada çox şey öyrəndim, hamıya da təşəkkürlərimi bildirmək istəyirəm.

Mən dili bilmirdim, amma normal əməkdaşlıq və anlaşma üçün bütün jurnalistlərə təşəkkür edirəm. Azərbaycana, Bakıya, yaxın qohumu kimi ilk gündən məni qəbul etdiyi üçün təşəkkür edirəm. Mən burada qonaq kimi yaşamadım, sırf Azərbaycan vətəndaşı kimi qaldım. Məni heç kəs xarici kimi qəbul etmirdi. Hələ ki, hansı komandada çıxış edəcəyimi bilmirəm, amma çıxış etməyəcəyim komandaları 100 faiz bilirəm.

Əlbəttə, siz azarkeşləri də unutmaram, məktubumun ən yaxşı yerini sizə həsr edirəm. Mənim gedəcəyimi biləndə çox dəstək oldunuz. Sizinlə unudulmaz günlər keçirdim, hamınız həmişəlik ürəyimdə qalacaqsınız. Gedərkən mənə çoxlu müsbət mesajlar gəldi. "Neftçi"də oynayanda heç bir yorğunluq və ağrı hiss etmirdim. Çünki bu klubu çox sevirdim. Mənim gedişimə kədərlənməyin, mənim gedişimlə heç nə bitmir. Oyunçular, məşqçilər, idarə dəyişəcək, lakin siz həmişə qalacaqsınız. Mən sizin klubun rəngləri üçün mübarizə aparmışam. Bir qapıçı kimi belə dəstək gözləmirdim.

Yenidən görüşənədək ... Ciao Bella!!!" azerisport


Digər xəbərlər

Xəbər xətti