Bədavi Hüseynov: "Öncədən səs-küylü açıqlamalar verməməyimiz daha yaxşıdır"

13:42 7 İyun 2015

Azərbaycan yığmasının və "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun müsahibəsi

 

- Yığmamızın qarşıdakı Serbiya və Norveçlə oyunları haqda nə deyə bilərsiniz?
- Serbiya ilə qarşılaşma heç də asan olmayacaq. Eləcə də Norveçlə. Bizi iki çətin oyun gözləyir. Əlbəttə, norveçlilərlə qarşılaşma bizim üçün daha vacibdir. Əlimizdən gələni edəcəyik ki, müsbət nəticəyə nail olaq.

- Komandanız kubokun finalında da qalib gəlmək qızıl dubla imza atdı...
- "Neftçi" ilə oyunun asan olmayacağını bilirdik. Oyuna çox ciddi hazırlaşmışdıq. Özü dəbu finalda buraxılacaq hər bir səhv kubokun taleyini həll edə bilərdi. Erkən qol vurduq, sonra oyunumuzu diqtə etdirməyə başladıq. Baş məşqçinin bütün tələblərini yerinə yetirdik. Şadam ki, hər şey yaxşı qurtardı.

- Rəqibin artıq ilk yarıdan sonra sanki məğlubiyyətlə barışdığı hissi yaranırdı...
- Mən elə düşünmürəm. "Neftçi" məğlubiyyətdən necə qaçmaq lazım olduğunu az isbat etməyib, hətta qələbə də qazanıb. Həm də rəqib hesab arasındakı fərq azalandan sonra onlar daha böyük qüvvə ilə irəli tılmağa başladılar. Biz yalnız ondan sonra rəqib müdafiəsində boşluq tapıb növbəti qolu vura bildik.

- "Qarabağ" bu mövsüm çox böyük uğurlar qazandı. Bu mövsümü sizin aktivinizə yazmaq olar?
- Bəli, doğrudan da əla nəticələr qazandıq. Mənim üçün də bu mövsüm unudulmaz olacaq. Avropa Liqasının qrup mərhələsində oynadıq, qızıl dubla imza atdıq. Bu, uzun illər yadımızda qalacaq. Azarkeşlərimizə, bizi dəstəkləyən hər bir şəxsə minnətdaram.

- Çempionlar Liqasının yeni mövsümündə sizdən nə gözləyək?
- Aydın məsələdir ki, hər kəs bu turnirin qrup mərhələsində oynamağımızı istəyir. Amma yaxşıdı budur öncədən səs-küylü açıqlamalar verməyək. ÇL-in yeni mövsümünə ciddi hazırlaşacağıq. Qalanını isə zaman göstərəcək.

- Muarem Muaremin Türkiyə "Əskişəhərspor"una keçidi komandanız üçün böyük itkidir?
- Bəli, doğrudan da böyük itkidir. Muarem təkcə yaxşı futbolçu yox, həm də yaxşı insan idi. O, komandamız üçün çox iş görmüşdü, "Qarabağ" üçün geridə qalan mövsümdə də vacib qollar vurmuşdu. Onu əvəzləmək çətin olacaq. Yeni klubunda Muaremə uğurlar arzulayıram.azerisport


Digər xəbərlər

Xəbər xətti