Qurbanov: "Həmin futbolçular sırasında Leroy Corc, Muarem Muarem və Vüqar Nadirov da var idi"

15:00 8 İyun 2015

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Vüqar Nadirovun komandadan ayrılmasına münasibət bildirib.

 

SportArena.Az-ın azerisport-a istinadən verdiyi məlumata görə, Q.Qurbanov 27 yaşlı futbolçuya yeni müqavilə təklif etdiklərini, ancaq onun getmək qərarı verdiyini deyib:

"Biz bir neçə oyunçuya yeni müqavilə təklif etdik və onların qərarını gözləyirik. Həmin futbolçular sırasında Leroy Corc, Muarem Muarem və Vüqar Nadirov da var idi. Onlardan bəziləri yeni şərtlərlə razılaşmadı. Vüqar Nadirovdan cavab gözləyirdik, ancaq o, heç nə demədi. Bu gün eşitdim ki, Nadirov artıq komandadan getmək qərarı verib".

Qeyd edək ki, futbolçu karyerasına "Qarabağ"da başlayan Nadirov 2005/2007-ci illərdə "Xəzər Lənkəran", 2008-ci ildə "Masallı",  2008/2009 mövsümündə isə "Karvan"da çıxış edib. 2009-cu ildə yenidən "Qarabağ"a qayıdan V.Nadirov ümumilikdə 10 il Ağdam klubunun şərəfini qoruyub.


Digər xəbərlər

Xəbər xətti