"İnter" "Vətənpərvər kuboku"nun qalibi oldu

16:21 8 İyun 2015

"Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq və Gənclər Futbol Məktəbi 2 yaş qrupu üzrə keçirdiyi Ümumrespublika "Vətənpərvər kuboku" - 2015 futbol turnirini başa çatıb.

 

SportArena.az xəbər verir ki, 2003-cü il təvəllüdlü futbolçuların iştirak etdiyi yarışda məktəbin eyniadlı komandası ilə yanaşı "Bakı", "Qarabağ", "Əlincə", "İnter" və "Təhsil" İdman Məktəbinin komandaları mübarizə aparıb. 2003-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş və dairəvi sistem üzrə keçirilən yarışın sonuncu turunda "İnter" "Bakı"ya 1:0 hesabı il qalib gələrək 12 xalla çempion adını qazanıb. 2-ci yerə son turda "Qarabağ"ı məğlub edən (3:2) və 10 xal toplayan "Əlincə", 3-cü yerə isə 9 xalla "Bakı" çıxıb.

2004-cü il təvəllüdlü futbolçuların yarışında isə "Vətən" çempion, "Qarabağ" 2-ci, "Bakı" 3-cü olublar.

Veteran futbolçular Arif Əsədov və Rauf Mehdiyevin qatıldığı təltifetmə mərasimində qaliblərə və mükafatçılara, həmçinin ayrı-ayrı nominasiyalarda fərqlənmiş futbolçulara kubok, diplom, medal və hədiyyələr təqdim olunub.


Xəbər xətti