AÇIQLAMA Azərbaycanın olimpiya çempionu cəzalanmalıdı

19:24 8 İyun 2015

Cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli bu gün mətbuatda peşə fəaliyyəti ilə bir araya sığmayan açıqlama verib.

 

SportArena.az xəbər verir ki, idmançı hazırda Bakı şəhərində bir neçə supermarketin sahibi olduğunu deyib. O, Daxili İşlər Nazirliyinin əməkdaşı, Cüdo Federasiyasında vitse-prezident vəzifəsində çalışmaqla yanaşı, Bakıda "Nömrə 1" adlı 6 supermarketinin fəaliyyət göstərdiyini bildirib. Elnur Məmmədli həmçinin deyib ki, ən böyük arzusu general olmaqdı.

Hüquqşünaslar isə hesab edirlər ki, dövlət qulluqçuları sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. "Hüquqi Dövlət" araşdırmalar mərkəzinin rəhbəri Müzəffər Baxış bu barədə belə danışıb:

"Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respblikası qanununa görə biznes fəaliyyəti ilə məşğul olmaq qadağan olunur (dövlət qulluqçuları üçün). "Polis haqqında qanunda" da nəzərdə tutulub ki, polis əməkdaşları sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər. Bura Azərbaycandı və bu kimi məsələlər başqa cür tənzimlənir.

Məndə olan məlumata görə, artıq Rusiyada buna gediblər və Azərbaycanda da tətbiq etmək istəyirlər ki, dövlət qulluqçularının da sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına icazə verilsin. Ola bilər ki, bəzi təsirlər olsun və qanunda dövlət qulluqçularının sahibkarlıq fəaliyyətinə icazə verilsin. Amma indiki halda bu qanun tələblərinin kobud pozulmasıdı.

Polis haqda 28 okrtyabr 1998-ci ildə qəbul olunmuş qanunun 32-ci maddəsində birbaşa göstərilir ki, polis əməkdaşı heç bir seçkili və başqa təyinatlı vəzifə tuta bilməz. Elmi, pedaqoji və yaradıcı fəaliyyətdən başqa heç bir ödənişli fəaliyyətlə məşğul ola bilməzlər. Elmi, pedaqoji və yaradıcı fəaliyyətindən başqa heç bir məvacib ala bilməz. Elnur Məmmədli biznes fəaliyyəti ilə məşğul olduğunu deyibsə, bu, birbaşa qanun pozuntusudu. Belə adamlar dərhal məsuliyyətə cəlb edilib cəzalandırılmalıdı. Elə həmin qanunun 34-cü maddənin 4-cü bəndində göstərilir ki, polis fəaliyyəti ilə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda polis sıralarından xaric edilməlidi.

Polis necə sahibkarlıqla məşğul ola bilər? Onun bir dəqiqə boş vaxtı olmamalıdı. Sahibkarlıq başqa bir fəaliyyətdi".

Daxili İşlər Nazirliyinin məbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə Məmmədlinin fəaliyyəti ilə bağlı açıqlama verməyərək cavab almaq üçün başqa ünvan göstərdi:

"Nazirlikdə jurnalistlərin suallarını başqa bir şöbə araşdırır. Orxan Mansurzadə ilə əlaqə saxlayın".

Gün ərzində çoxsaylı telefon zənglərinə baxmayaraq, Mansurzadə ilə danışmaq mümkün olmadı.milli.az


Xəbər xətti