FİFA Rusiya və Qatarda keçiriləcək dünya çempionatları barədə yekun qərarını verdi

Sportarena.az      30 Noyabr 2018, 00:00

FİFA Rusiya və Qatarda keçiriləcək dünya çempionatları barədə yekun qərarını verib.



SportArena.az xəbər verir ki, FİFA bu barədə bəyanat yayıb. Bəyanatda deyilir ki, Rusiya və Qatar 2018 və 2022-ci illərdə ev sahibliyi edəcəkləri dünya çempionatından məhrum edilməyəcəklər: 

“FİFA Rusiya və Qatarın Dünya Çempionatına ev sahibliyinin ləğv edilməsinə əsas görmür. Hər iki ölkə FİFA-nın İcraiyyə Komitəsində demokratik səsvermə yolu ilə seçilib. Mövcud ekspert rəyləri və faktlara söykənərək bildiririk ki, FIFA-nın Rusiya və Qatarın Dünya Çempionatına ev sahibliyi etmək hüququnu ləğv etməyə heç bir qanuni əsası yoxdur". 

FİFA səlahiyyətlisi Domeniko Skala verdiyi açıqlamada korrupsiya halları sübuta yetirilcəyi təqdirdə Rusiya və Qatarın ev sahibliyi edəcəkləri dünya çempionatından məhrum edilə biləcəyini demişdi.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin