FOTO+VİDEO Çinli hakimin qarşısını kəsənin axırı belə olar

12:17 9 İyun 2015

Çinli futbol hakimləri oyundan sonra meydanda vaxt itirməyi xoşlamır. Bunun bariz nümunəsini yerli çempionatın son turunda bir daha görmək olar.

 

SportArena.az xəbər verir ki, Çin çempionatının “Şandun Lunyen” – “Quyçjou Jenye” matçında (2:2) maraqlı insident yaşanıb. Hakimlikdən narazı qalan meydan sahiblərinin futbolçuları final fitindən sonra ədalət təmsilçisini mühasirəyə alıb. Referiylə münasibətləri aydınlaşdırmağa “Şandun”un baş məşqçisi Kuka da gəlib. Amma mütəxəssis hakimdən cavab əvəzinə, sifətinə babat zərbə alıb.

 

İnsidentdən sonra zərərçəkən əzilmiş sifətinin şəklini paylaşmaqdan da çəkinməyib.


Xəbər xətti