Böyükağa Hacıyev: "Bu xəbər həqiqəti əks etdirmir"

13:42 9 İyun 2015

Xəbər verdiyimiz kimi, AFFA-nın Bakıda təşkil etdiyi UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun imtahanlar mərhələsi sona atıb. Yayılan xəbərlərə görə, bu imthanda "Nefti"nin sabiq çalışdrıcısı Böyükağa Hacıyev kəsilib.

 

SportArena.az olaraq, Hacıyevlə əlaqə saxlayıb, məsələ haqqında soruşduq:

 

"Bu xəbər həqiqəti əks etdirmir. Cavablar hələ çıxmayıb ki, kiminsə kəsilməyini də bilək. Ayın 12-də imtahanların nəticəsi bəlli olacaq. Mənim haqqımda yayılan xəbərlər isə, tam olaraq yalandır".


Xəbər xətti