VİDEO "Qəbələ"nin Akademiyasında seçimlər davam edir

16:02 9 İyun 2015

"Qəbələ" Futbol Akademiyasında aşağı yaş qrupları üzrə seçimlər davam edir.

 

Sportarena.az xəbər verir ki, seçimlərə Yevlaxdan olan, 2003, 2004, 2005 və 2006-cı il təvəllüdlü futbolçular da qatılıblar.

 

Futbolçulardan bəziləri seçimlərin 1-ci və 2-ci mərhələlərini uğurla keçiblər. Avqust ayında isə seçimlərin final mərhələsi baş tutacaq. Yevlaxdan olan futbolçular həmin mərhələdə də fərqlənsələr, Qəbələ Futbol Akademiyasının aşağı yaş qruplarının komandalarında forma geyinəcəklər.


Digər xəbərlər

Xəbər xətti