FOTO+VİDEO "Neftçi"nin seleksiya xarakterli təlim-məşq toplanışı

22:22 10 İyun 2015

“Neftçi” PFK-nın Futbol Akademiyasına seçiləcək uşaqlar üçün seleksiya xarakterli təlim-məşq toplanışı keçirilib.

 

SportArena.az klubun saytına istinadən xəbər verir ki, “Ruslan-93” idman kompleksində baş tutmuş təlimdə 2007, 2008 və 2009-cu il təvəllüdlü 115 uşaq iştirak edib. Seleksiya xarakterli məşqi izləyənlər arasında “Neftçi” PFK-nın icraçı direktoru Elnur Məmmədovla yanaşı, klubun digər rəsmiləri vəveteran futbolçular iştirak ediblər. Əməkdar məşqçi İslam Kərimovun rəhbərliyi altında keçirilən təlim-məşq toplanışlarından indiyə kimi 60 uşaq seçilib.

 

Bakı şəhərinin Nizami rayonu üzrə aparılan seleksiya xarakterli məşqlər hər həftənin şənbə və bazar günləri “İnter Arena”da, 2-ci və 4-cügünlər isə“Ruslan-93”idman kompleksində təşkil olunur. Bütün məşqlər saat 11:00-dan 12:30-dək davam edir. Toplanışlara qatılmaq istəyən 2007, 2008 və 2009-cu il təvəllüdlü uşaqlardan doğum haqqında şəhadətnamənin surəti və 3x4 ölçüdə2 ədəd foto tələb olunur. Seleksiya xarakterli məşqlər davam etdirilir və gələcəkdə layihə Bakının digər rayonlarında da həyata keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti