"Yuventus"un hüçumçusu Madriddə 3,7 milyona ev aldı

17:23 11 İyun 2015

"Yuventus"un hücumçusu Karlos Teves Madriddə ev alıb.


 
SportArena.az
xəbər verir ki, Madriddəki ev Tevesə 3,7 milyon avroya başa gəlib. Hücumçu artıq məbləğin 1,5 milyon avrosunu ödəyib. Geridə qalan mövsümdə “Yuventus”un heyətində Çempionlar Liqasının finalında oynayan argentinalı futbolçunun yeni mövsümdən Madrid "Atletiko"sunda çıxış edəcəyinə əmin olduğundan, bu şəhərdə ev aldığı bildirilir. Tevesin aldığı ev 700 kvadrat metrlikdir. İkimərtəbəli evin bağı və hovuzu da var.
 
Bir müddət əvvəl "Atletiko"nun argentinalı baş məşqçisi Dieqo Simeone Tevesə maraq göstərdiklərini etiraf etmişdi.


Xəbər xətti