İtaliya klubunda 3,5 milyon avroluq yeni müqavilə

10:36 12 İyun 2015

“Yuventus”un aparıcı futbolçularından olan Leonardo Bonuççi komandasına sadiqliyini bir daha nümayiş etdirib.

 

SportArena.az xəbər verir ki, 28 yaşlı futbolçu “qoca sinyora” ilə yeni müqavilə imzalayıb.
 
Yeni sazişə əsasən, İtaliya millisinin üzvü 2019-cu ilin yayına qədər Turin klubuna məxsus olacaq. Bonuççinin bu müddətdə illik məvacibi isə 3,5 milyon avro olacaq.
 
Qeyd edək ki, Leonardo Bonuççi 2010-cu ildən “Yuventus”un şərəfini qoruyur.


Digər xəbərlər

Xəbər xətti