Vobay: “Bütün borcları versələr belə, “Neftçi”yə qayıtmaq fikrində deyiləm”

12:43 12 İyun 2015

“Neftçi”də maliyyə durumu ürəkaçan deyil. Bu səbəbdən də 4 aydı nə maaşımızı alırıq, nə də mükafatı”.

 

SportArena.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Julius Vobay deyib.

 

Mövsüm başa çatar-çatmaz bütün əcnəbilər kimi, ölkəsinə yollanan 31 yaşlı futbolçunun geri dönmək niyyəti yoxdu. Syerra-Leone millisinin üzvü yerli mətbuata açıqlamasında “Neftçi”dən pulunu almaq üçün müxtəlif yollara əl atacağını istisna etməyib: “İnanıram ki, “Neftçi” borcumu ödəyəcək. Əks təqdirdə, öncə AFFA-ya şikayət edəcəm. Klubla yeni müqavilə imzalamaqdan imtina etdim. Belə vəziyyətdə orda qala bilməzdim. Hətta bütün borcları versələr belə, “Neftçi”yə qayıtmaq fikrində deyiləm”.

 

Qeyd edək ki, 2012-ci ildən “Neftçi”də çıxış edən Julius Vobay 2014/15 mövsümündə 27 oyun keçirib, 7 qol vurub.apasport


Digər xəbərlər

Xəbər xətti