Braziliyada ŞOK: "Santos"un keçmiş məşqçisi qətlə yetirildi

13:16 12 İyun 2015

Braziliyada dəhşətli ölüm hadisəsi baş verib.

 

SportArena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Braziliyanın "Santos" klubunun keçmiş məşqçisi Lenadro de Osmar evində vəhşicəsinə qətlə yetirilib. Belə ki, de Osmar səhər saatlarında xilasedicilərin köməyi ilə aşkarlanıb. Onun bir-neçə gün yaşadığı ərazidə görünməməsi, sonda qonşuların hüquq-mühafizə orqanlarına müraciət etməsinə səbəb olmuşdu.

Qeyd edək ki, faktla bağlı Braziliya polisi araşdırmalara başlayıb, hələlik saxlanılanlar barədə məlumat verilmir.

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti