Elxan Məmmədov: "Ancaq indi vəziyyət fərqlidir"

15:32 12 İyun 2015

Xəbər verdiyimiz kimi, AFFA-nın baş katibi Elxan Məmmədov "Avro-2016"nın seçmə mərhələsində millimizin Norveçlə keçirəcəyi oyunöncəsi jurnalistlərin suallarını cavablandırıb.

 

SportArena.az xəbər verir ki, Məmmədov millinin oyunu ilə Avropa oyunlarının açılışının eyni tarixə düşməsi haqqında bunları deyib:

 

"Çox istərdik ki, oyunu fərqli tarixdə keçirək. Amma təqvim öncədən müəyyənləşmişdi. Əvvəlki seçmə mərhələlərdə oyun gününü dəyişməklə bağlı danışıq aparmağa icazə verirdilər. Ancaq indi vəziyyət fərqlidir. Həm Norveç, həm də biz yoxlama oyunları keçirmək üçün başqa komandalarla danışıqlar aparırdıq. Təəssüf ki, qarşılaşma iyunun 12-sinə təsadüf etdi. Çox istərdik ki, bu gün ölkəmizdə olaq və açılış mərasimini canlı izləyək. Bu tədbiri heç olmasa televiziya vasitəsiylə izləməyə çalışacağıq. Yığmamız adından Avropa 
Oyunlarında iştirak edəcək bütün idmançılarımıza uğurlar arzulayıram".


Xəbər xətti