"Bakı-2015": Dörd karateçimiz yarımfinalda

14:22 13 İyun 2015

Bu gün “Bakı-2015” I Avropa Oyunlarında karateçilər mübarizəyə qoşulublar.

 

SportArena.Az-ın  məlumatına görə, ilk yarış günündə 6 dəst medal uğrunda mübarizə aparılıb.

İdmançılarımız Kumite növü üzrə bütün çəki dərəcələrində təmsil olunub.
 
İlk olaraq  tatamiyə çıxan Firdovsi Fərzəliyevin rəqibi  ispaniyalı Matias Qomes Qarsiya olub. Rəqibini 2:0 hesabı ilə məğlub edən I dan qara kəmər sahibinin  növbəti görüşdə rəqibi italiyalı Luka Maresk olub. Karateçimiz bu dəfə inamlı təsir bağışlayıb və rəibinə qalib gəlib - 4:2. Bununla da yarımfinalda iştirak hüququ qazanan həmyerlimiz son görüşdə albaniyalı Halil Marqeş döyüşüb. Bu rəqibini 6:0 hesabı ilə üstələyən  Fərzəliyev qrup qalibi kimi mərhələ  adlayıb. O, yarımfinalda  moldovalı Emin Pavlovla qüvvəsini sınayacaq.
 
67 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Niyazi Əliyev yarışa gürcüstanlı İrakli Tkebuçava ilə start verib. İlk qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılan  həmyerlimiz daha sonra fransalı Stevan Da Kostanı  3:1, ispaniyalı Manuel Rosero Ruisi 2:0 hesabı ilə məğlub edib.
 
Krateçimiz yarımfinalda digər qrupun ikincisi Burak Uyğurla (Türkiyə) qarşılaşacaq.
 
75 kq şəki dərəcsində yığmamızın lideri Rafael Ağayev də bu gün mübarizəyə qoşulub. Dünya və Avropa çempionumuz debüt görüşündə ukraynalı İlya Nikulinlə üz-üzə gəlib və 3:0 hesablı qələbə qazanıb.

İdmançımız ikinci qarşılaşmasında gözlənilmədən Erman Eltemura (Türkiyə) uduzub - 3:5. Buna baxmayaraq, qrupda son döyüşünü Latviyanı təmsil edən Ruslan Sadıqova qarşı keçirən Ağayev 3:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. 
 
Qadınlardan ibarət komandamız da bu gün mübarizəyə qoşulub. 50 kq çəki dərəcsində ölkəmizi  Nuranə Əliyeva təmsil edib. İlk görüşdə avstriyalı Bettina Plankla ilə üz-üzə gələn  karateçimiz yuka xalı ilə uduzub - 0:1. Növbəti 2 gürüşündə də ümidləri doğrultmayan idmanımız mübarizəni erkən dayandırıb.

55 kq çəki dərəcəsində yığmamızın üzvü İlahə Qasımova birinci döyüşünü Cenni Varlinqə (Lüksemburq) qarşı keçirib. Döyüş 4:0 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb. İkinci görüşüşdə türkiyəli Tuba Yakanla qarşılaşan həmyerlimiz  1:0 hesablı qələbəyə sevinib. Bu qələbə sayəsində yarımfinala vəsiqəni təmin edən İlahə son görüşünü xorvatiyalı Yelena Kovaçeviçə qarşı keçirəcək.
 
61 kq çəkidə mübarizə aparan karateçimiz  Fəridə Abıyeva ilk görüşünü  slovakiyalı İnqrida Suşankovaya qarşı keçirib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Həmyerlimiz digər iki oyunda uduzaraq mübarizəni dayandırıb.


Digər xəbərlər

Xəbər xətti