VİDEO "Bakı-2015": Rəsul Çunayev qızıl medal qazansa, belə oynayacaq

17:23 13 İyun 2015

Bakı-2015 I Avropa Oyunlarında qızıl medal qazanmağa çox yaxın olan idmançılarımızdan biri də yunan-Roma güləşçimiz Rəsul Çunayevdi. 71 kq çəki dərəcəsində mübarizə aparan Çunayev çempion olacağı təqdirdə, bunu qeyri-adi formada qeyd etmək fikrindədi.
 
Öz çəki dərəcəsində bu gün 1/8 final mərhələsindən mübarizəyə qoşulan pəhləvanımız ardıcıl 3 rəqibini məğlub edərək finala vəsiqə qazanıb. Çunayev həlledici görüşdə də qələbə qazanarsa, 2013-cü ildə Kazanda keçirilən Universiadada qalib gələrkən etdiyi rəqsi təkrarlayacağını bildirib.
 
Onun iki il öncə final görüşündə qalib gələrkən etdiyi rəqs YouTube-da izləmə rekordları qırmışdı. O, eyni zamanda son dünya çempionatında erməni rəqibi üzərində qazandığı qələbədən sonra əsgər salamı ilə də diqqət çəkmişdi.
 
Qeyd edək ki, Rəsul Çunayev finalda macarıstanlı Balint Korpasi ilə qarşılaşacaq. Görüş saat 19:35-də start götürəcək.


Digər xəbərlər

Xəbər xətti