Elmar Muxtarov: "Vәtәnimdә Ermənistanın bayrağının qalxmasına imkan verә bilmәzdim"

20:18 13 İyun 2015

“Son görüşdə erməni idmançısına qalib gəlib, bürünc medal qazandığım üçün ikiqat sevincliyəm”. Bunu yunan-Roma güləşi üzrə yığmamızın üzvü Elman Muxtarov deyib.

 

I Avropa Oyunlarında 59 kq çəki dərəcəsində mübarizə aparan Muxtarov bürünc medal uğrunda görüşdə Ermənistan təmsilçisi Roman Amoyan üzərində qələbə qazanıb. O bildirib ki, həmin oyunda uduza bilməzdi: “Düşmənə qarşı çıxış edirdim. 2012-ci ildə London Olimpiadasında onunla qarşılaşmışdım. Ona uduzacağımı heç ağlımdan keçirmirdim. Başqa çıxış yolum da yox idi. Şükürlər olsun ki, qalib gəldim”.

 

Elman yarımfinalda erməni əsilli Rusiya təmsilçisi Stefan Maryanyana məğlubiyyəti isə yorğunluqla əlaqələndirib: “O, çox güclü güləşçi idi. Ancaq ona uduzmağımın əsas səbəbi yorğunluq oldu. Çünki Maryanyanla görüş öncəsi cəmi 15-20 dəqiqəlik fasilə yaranmışdı”.apasport


Digər xəbərlər

Xəbər xətti