FOTO “Xəzər Lənkəran”ın istədiyi futbolçu ərəblərlə anlaşdı

23:39 13 İyun 2015

“Xəzər Lənkəran”a keçidi gündəmdə olan serbiyalı hücumçu Draqan  Çeran özünə yeni klub tapıb.
 
 
SportArena.az xəbər verir ki, bu barədə futbolçunun özü "Facebook"dakı şəxsi səhifəsindən məlumat yayıb. Belə ki, futbolçu Səudiyyə Ərəbistanının “Əl-Həjər” klubu ilə anlaşıb. 27 yaşlı hücumçu saytımıza verdiyi açıqlamasında 1 illik müqavilə imzaladığını bildirib.
 
Qeyd edək ki, Çeran 2013-15-ci illərdə Zaqatalanın “Simurq” klubunda çıxış edib.futbolinfo.az


Xəbər xətti