FOTO Mariya Stadnikə qızıl medalı Mehriban Əliyeva təqdim etdi

21:01 15 İyun 2015

Qadınlardan ibarət güləş yığmamız Bakı-2015 I Avropa Oyunlarında Azərbaycanın aktivinə ilk medalı yazdırıb. SportArena.az xəbər verir ki, Mariya Stadnik 48 kq çəki dərəcəsində rəqib tanımayıb.


 
Güləşçimizin finalda bolqarıstanlı Elitsa Yankova üzərində parlaq qələbəsini Azərbaycan prezidenti İlham Əliyev və I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban  Əliyeva da canlı izləyib. Stadniki məhz Azərbaycanın birinci xanımı mükafatlandırıb.
 
Belə ki, fəxri kürsünün ən yüksək pilləsinə qalxan dünya və Avropa çempionuna qızıl medalı Mehriban Əliyeva təqdim edib.
 
Bunun ardından himn sədaları altında dövlət bayrağımız dalğalanıb.
 
Qeyd edək ki, bununla Azərbaycan millisinin Bakı-2015-də qızıl medal sayı 7-yə çatıb.


Digər xəbərlər

Xəbər xətti