FOTO Erməniyə uduzan Həsənə gözlənilməz reaksiya

00:01 16 İyun 2015

Ermənistan güləşçisi Miqran Arutyunyanla qarşılaşmada məğlub olan Həsən Əliyev gözləmədiyi reaksiya ilə qarşılaşıb. 

Bakı 2015 ilk Avropa Oyunlarında bürünc medal qazanan güləşçimizin mükafatlandırma mərasimi zamanı başını aşağı salması hər kəsi məyus edib.

ANS PRESS sosial şəbəkə istifadəçilərinin Həsənə ünvanladığı sevgi dolu dəstəyini təqdim edir: 

Əziza Ismayılova: Bu bizim güləşçimiz Həsən Əliyevdir. Dünənki yarışda erməni idmançısına uduzduğu üçün yekunda qazandığı medal sevincini belə yaşaya bilmədi (erməni idmançı məğlub oldu sonradan). Onun haqqında nə gəldi yazmaq və onu buna görə günahlandırmaq doğru deyil. Bu, idmandı. Burada udmaq da var, uduzmaq da. Əgər idmançımız bir görüşü uduzubsa, buna görə onun bütün əziyyətinin üstündən xətt çəkmək olmaz. Bu məğlubiyyət, gələn dəfə Həsənin daha böyük uğur qazanması üçün bir təkan olacaq.

İsmət Əzimov: Sən bizim qəlbimizin çempionusan. Qardaş başını dik tut. Vaxtilə sən idin ermənini ağlar qoyub qələbə qazanan! Canın sağ olsun çempion!

Əhmədbəyli Mirzaağa: "Başını qaldir qardaş. Sən çox zaman bayrağımızı yüksəklərə qaldırmısan. İdmandı, hər şey ola bilər. Əsas odur ki, səhvlərdən nəticə çıxarmaq zamanıdı. İnşallah mən əminəm ki, əvəzini çıxacaqsan! Allah köməyin olsun! 

Toğrul Allahverdili: Başını dik tut qardaş. Bu bir idmandır, udarsan da, uduzarsan da. Sən qələbəni görmüş oğulsan, erməniyə məğlub olduğun üçün qınayanlara, təhqir edənlərə fikir vermə.

İslam Ağayev: Qardaş, düzdür, sənin o erməniyə yenilməyin bizi də üzdü, məyus etdi. Amma başını dik tut. Vaxt gələr o idmançıyla hansısa turnirdə üzləşərsən, bax, o zaman dünənin acısını doyunca çıxararsan qalib gəlməklə. Canın sağ olsun Həsən. Ruhdan düşmək olmaz, ancaq irəli!

Seyfuş İbrahimov: Bu bir idmandı, biri udanda biri uduzar. İnşaAllah gələn yarışlarda həmin o erməninini diz çökdürərsən. Bir erməniyə görə üzülməyə dəyməz! Təşəkkürlər yenə də.
Kamil: Qardaşım, sənin erməniyə məğlub olmağın hər şey demək deyil. Sən bayrağımızı həmişə yüksəltmisən. Səni sevənlərin aləmində sən həmişə yüksəklərdəsən!

Süleyman Mütəllimov: Həsən qardaşım, fəxrimizsən. Var ol! Səninləyik!

Mais MG Gülməmmədov: Bizim fəxrimizsən! Üzülmə, başını dik tut.

Son nəfəs: "Sən bizim çempionsan, qardaş!"

Aylı Qədimova: "Həsən Əliyev erməniyə deyil, sadəcə yarışda rəqibinə uduzub. Dünənə qədər "siyasəti idmana qatmayın" deyənlər indi niyə qınayırlarki? Həsən fəxrimizdir, elə də qalacaq! Qınayanlar isə nə dediyini bilməyən şərəfsizlərdir, başını aşağı salmalı olan onlardı Həsən Əliyev yox!

Elçin Nəzərov: Qardaş, sən bizim fəxrimizsən! İnşaallah, Olimpiadada qalib gəlib səni tənqid edənlərin cavabını layiqincə verərsən".

Vasif Həsənov adlı istifadəçi: "Hz Huseyn (عليه السلام)-i dünyanın ən şərəfsiz insanı olan Yezid qətlə yetirdi. Amma heç kim Hüseynə irad tutmadı ki niyə məğlub oldun. Hüseyn zahirdə məğlub oldu, əslində qalib olanın Hz Hüseynin özü olduğunu tarix sübut etdi. Sən onun hümmətisən Həsən, tarix səni qınayanlara sübüt edəcək ki, əslində qalib olan sənsən. Hamımız sən keçirən narahatçlıgı keçirdik... Sevin ki, bu millət də o gözəl üzündəki sevinci görüb sevinsin Həsənim!"

Toğrul Qasımov: "Həsən Əliyev qardaşdı, lap elə fəxrimizdi. Sözünü danışığını bilməyənlər fikirləşsinlər ki, özləri nə edib bu günə qədər? İdmançıya hər zaman dəstək lazımdı, çalışaq bunu bacaraq. Onsuz da bu günə qədər həmişə biz udmuşuq. Bir də ki idmandıŞ hər şey ola bilər. Hələ heç kəs deyə bilməz məğlubiyyətə səbəb nə idi".

Ziya Tahirzadə: Bütün çətinliklərdən sonra həmişə yaxşı günlər gəlir. Ümid edək ki, bu sənin Olimpiya çempionu olmaq yolunda əzmini daha da artıracaq bir sınaq idi. Həsən, əziz həmvətənimiz, əziz qardaşımız, biz səndən Olimpiya çempionluğu gözləyirik! Qalib gəl, bunu özünə və xalqına hədiyyə et! Amma heç vaxt arxayınlaşma, çünki düşmən həmişə bizim zəiflədiyimiz anı gözləyir. Uğurlar!

Zamin Dadaşov: Qardaşım, bir erməniyə görə kefini pozma. Sən həmişə bizim qəlbimizdə çempionsan!


Digər xəbərlər

Xəbər xətti