YENİLƏNİR Doroqandan qızıl medal, Netraba bürüncü əldən verdi

19:41 16 İyun 2015

Bu gün Bakı-2015 Avropa Oyunlarında qadın güləşçilərin mübarizəsinə yekun vurulacaq.

 

SportArena.az xəbər verir ki, yarışın son günündə daha 4 dəst medalın sahibi bilinəcək.
 
Qadınlar, sərbəst
53 kq
Bu çəkidə ölkəmizi təmsil edən Anjela Doroqan yarışa 1/8 finaldan qoşulub. İlk döyüşündə türkiyəli Merve Kengerlə üz-üzə gələn idmançımız rəqibini məğlub etməkdə çətinlik çəkməyib - 8:2. O, 1/4 finalda Mersedes Denislə (Macarıstan) üz-üzə gəlib və bu qarşılaşmanı da üstün bitirib - 4:0. Anjela finala gedən yolda rumıniyalı Natalya Budunu xalçaya dəvət edib. Güləşçimiz bu dəfə də özünü yaxşı tərəfdən göstərib (7:2) və həlledici mərhələdə iştirak hüququ qazanıb.
 
58 kq
İrina Netraba yarışa ilkin mərhələdən start verib. Avropa çempionatının finalçısı Karola Raynero (İtaliya) ilə gücünü yoxlayıb. Həmyerlimiz 2 dəfə hesabda geri düşməsinə baxmayaraq, yekunda inamlı qələbə qazanıb - 8:4. O, 1/4 finalda Mimi Xristova (Bolqarıstan) ilə güləşib. Bu qarşılaşma da birincinin ssenarisi ilə davam edib. İlk hissədə 2:4 hesabı ilə geridə olan İrina yekunda rəqibini 6:4 hesabı ilə məğlub edib. O, yarımfinalda macarıstanlı Emese Barkanı sınağa çəkib. Netraba fasiləyə yenə hesabda geri yollanıb (0:3). Lakin o ikinci hissənin startında fərqi minimuma endirsə də, döyüşün axarını dəyişə bilməyib - 2:5.
 
Buna baxmayaraq, İrina medal uğrunda çıxışını davam etdirəcək. O, axşam saatlarında 3-cü yer uğrunda qüvvəsini sınayacaq.
 
63 kq
Yığmamızın üzvü Elmira Qəmbərova birinci görüşünü Henna Yohanssona (İsveç) qarşı keçirib. 21 yaşlı idmançımız startdaca məğlubiyyətə üzülüb. 4:0 hesabı ilə qalib gələn Yohansson finala yüksələrsə, Qəmbərova təsəlliverici görüşlərə qatılacaq.
 
75 kq
Yığmamızın liderlərində olan Gözəl Zutova ilk cəhddəcə məğlubiyyət acısı yaşayıb. Startda güclü Oksana Vaşçukla (Ukrayna) üz-üzə gələn həmyerlimiz 2:4 hesabı ilə uduzub.
 
Qeyd edək ki, qadın güləş yığmamızın heyətində bir gün öncə Mariya Stadnik (48 kq) qızıl, Natalya Sinişin (55 kq) bürünc medal qazanıb.


Xəbər xətti