Çempionlar Liqasının həlledici qarşılaşması Bakıda?-Elxan Məmmədov

22:27 17 İyun 2015

Çempionlar Liqasının final oyununun Bakıda baş tuta biləcəyi haqqında sizə məlumat vermişdik.

 

SportArena.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov da bu mövzuya münasibət bildirib. O, yaxın illərdə belə bir matçın Bakıda keçirilməsini istisna etməyib:

 

“İndi Azərbaycanda 60 min tamaşaçı tutumuna malik stadion var. Bu arena bütün regionda ən böyük idman qurğusudu. Yaxın illərdə Çempionlar Liqası və ya Avropa Liqasının final qarşılaşması da bu arenada keçirilə bilər. Düşünürəm ki, bu, böyük hadisə olar”.


Digər xəbərlər

Xəbər xətti