Cəbrayıl Həsənov: "Azərbaycanda çempion olmaq istəyirdim"

22:41 17 İyun 2015

"Çox çətin görüşlərim oldu. Finalda oynamağı düşünürdüm. Yarışın qalibi Aniuarla Geduevə keçən il uduzmuşdum. Ondan revanş almağı planlaşdırırdım. Ancaq qismət olmadı. Azərbaycanda çempion olmaq istəyirdim. Ümid edirəm ki, növbəti yarışlarda yaxşı nəticələr əldə edəcəyəm".

 

SportArena.az xəbər verir ki,bu sözləri "Bakı-2015" Avropa Oyunlarında 74 kq çəki dərəsində sərbəst güləş üzrə yarışlarda bürünc mükafat qazanan idmançımız Cəbrayıl Həsənov jurnalistlərə deyib.

O bildirib ki, yarımfinalda uduzduğu türk idmançısı Soner Demiryaşa bundan əvvəl üç dəfə qalib gəlib:

"Bir ay əvvəl dünya kubokunda onu məğlub etmişdim. Ancaq bu dəfə kiçik səhvlərə görə uduzdum. Səhvlərimdən nəticə çıxarmağa çalışacam".

C.Həsənov qarşıdan gələn dünya çempionatında olimpiadaya lisenziya qazanmağa çalışacağını söyləyib.


Digər xəbərlər

Xəbər xətti