YENİLƏNİB Üç güləşçimiz bürünc medal qazandı, Hacıyev isə 5-ci oldu

21:41 18 İyun 2015

Bu gün Bakı-2015-də sərbəst güləş yarışları sona çatır. Keçiriləcək 4 çəki ilə pəhləvanların mübarizəsi də yekunlaşacaq.

 

İlk gündə 2 qızıl və 1 bürünc medal qazanan sərbəst güləşçilərimiz bu gün də bütün çəkilərdə təmsil olunacaq.  

 

Kişilər

61 kq

Avropa Oyunlarını 5-ci pillədə başa vuran və 1/4 finalda erməni Qarik Barsekyanı məğlub edən Yaşar Əliyevin qardaşı Hacı Əliyev mübarizəyə 1/8 finaldan qoşulacaq. O, ilk görüşündə Ermənistan təmsilçisi Valodya Franqulyanla qarşılaşıb. H.Əliyev erməni rəqibini 7:0 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb.  O, bu mərhələdə Mikolo Bolotnyuku 11:0 hesabı ilə məğlub edib. İdmançımız yarımfinalda Aleksandr Boqomoyevlə üz-üzə gəlib və 2:5 hesabı ilə uduzub. Məğlubiyyətə baxmayaraq, Əliyev bürünc medal uğrunda mübarizəni davam etdirəcək. O, türkiyəli Recep Munir Aktaşla yarışıb.  İdmançımız 10:2 hesabı ilə qalib gələrək Avropa Oyunlarını 3-cü yerdə bitirib.

70 kq

Bu çəkidə ölkəmizi Avropa çempionumuz Ruslan Dibirhacıyev təmsil edib. Lakin onun 1/8 finalda Maqomedmurad Hacıyevlə (Polşa) döyüşüb və 2:7 hesabı ilə məğlub olub. Polşa idmançısı finala qədər irəlilədiyi üçün Ruslan Dibirhacıyev təsəlliverici yarışlara qatılıb. İlk öncə bolqarıstanlı Miroslav Kirovu 4:1 hesabı ilə məğlub edən güləşçimiz daha sonra macarıstanlı Zsombor Qulyasla üz-üzə gəlib. Bu döyüşü də qələbə ilə başa vuran (4:3) Dibirhacıyev bürünc medal uğrunda mübarizə aparıb. O, son görüşündə gürcüstanlı Davit Tlaşadzelə qarşılaşıb və onu 6:2 hesabı ilə məğlub edib.   



86 kq

Yığmamızın üzvü Nurmaqomed Hacıyev 1/8 finalda bolqarıstanlı Georgi Sredkovla üz-üzə gəlib. Təmsilçimiz 14:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. O,1/4 finalda Abdulrəşid Sadulayevə (Rusiya) 1:11 hesabı ilə uduzub. Buna baxmayaraq, rusiyalı güləşçi finala vəsiqə qazandığından Nurmaqomed təsəlliverici görüşlərə qatılıb. Təmsilçimiz bu mərhələdə Vasile Zuz Tudorla (İtaliya) qarşılaşıb və parlaq qələbə qazanıb - 10:0. Güləşçimiz 3-cü yer uğrunda görüşdə polşalı Radoslav Marcinkyeviczlə qarşılaşıb. Bu qarşılaşmada idmançımız rəqibinə 3:5 hesabı uduzub.Nəticədə Hacıyev 5-ci yerlə kifayətlənib.


125 kq

Ən ağır çəki dərəcəsində ölkəmizi təmsil edəcək güləşçimiz Camaləddin Maqomedov mübarizəyə 1/8 finaldan start verib. Avropa və dünya çempionatının mükafatçısı ilk görüşünü Yonas Rudaviçiusa (Litva) qarşı keçirib.  Rəqibi üzərində təmiz qələbə qazanan (10:0) Maqomedov 1/8 finalda türkiyəli Taha Akgüllə qarşılaşıb və 2:5 hesabı ilə uduzub. Akgül finalda iştirak hüququ qazandığından Maqomedov təsəlliverici görüşlərə qatılıb. O, Robert Baranla (Polşa) güləşib. Rəqibinə 11:0 qalib gələn Camaləddin bürünc medal uğrunda yarışda slovakiyalı Soslan Qaqloyevlə qarşılaşıb. İdmançımız rəqibini 7:2 hesabı ilə məğlub edərək bürünc medalın sahibi olub.

 

Qeyd edək ki, sərbəst güləş yarışlarının ilk günündə Toğrul Əsgərovla (66 kq) Xetaq Qazyumov (97 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) isə bürünc medal qazanıb.


Digər xəbərlər

Xəbər xətti