Daha bir müğənni AAAF Park İstirahət və Əyləncə Mərkəzində - FOTO + VİDEO

14:15 18 İyun 2015

“AAAF Parka heyran qaldım.”

 

Tanınmış müğənni Cavad Rəcəbov AAAF Park Yaşayış Kompleksinin layihəsi olan və “İnterAz” Televiziyasında yayımlanan “Məşhurlar AAAF Parkda” verilişinin qonağı olub.

İlk öncə AAAF Parkı gəzərək indiyədək parkda olduğunu, lakin belə maraqlı istirahət guşələrinin varlığından xəbərsiz olduğunu bildirən müğənni, nəvələri ilə tez-tez gəzintilərə çıxdığını söyləyib: “AAAF Parkda əvvəllər də olmuşdum, lakin bu qədər gəzmək imkanım olmamışdı. Bu gün sizinlə parkın bütün səfalı yərlərini gəzdim və düşünürəm ki, burdan ev alanlar qazanıblar. Ailəvi istirahət üçün burda hər bir şərait yaradılmışdır. Mən nəvələrimlə tez-tez gəzintilərə çıxıram. Siyahımıza daha bir yerin əlavə olunduğuna şadam”

Xatırladaq ki, “Məşhurlar AAAF Parkda” layihəsi 2015-ci ilin yanvar ayından, “İnterAz” Televiziyasında efirə gedir. Verilişin əsas məqsədi Azərbaycanın məşhur simalarını AAAF Park İstirahət və Əyləncə Mərkəzinə dəvət edərək onlarla həmsöhbət olmaq, yaradıcılıq uğurlarından danışmaq, məşhurlara AAAF Parkı tanıtmaq, sakin kartı və 10% endirimli mənzil kuponu hədiyyə edərək qonağa aaaflı olma üstünlüyü duyğusunu yaşatmaqdır.

 

 


Xəbər xətti