Niyazi Əliyev “Gündəlik” verilişində : "Zəhmətimin bəhrəsini görmədim"

18:00 18 İyun 2015

“Bakı-2015” Avropa Oyunlarında kişilərdən ibarət karate milimizi 67 kq-da təmsil edərək bürünc medal qazanan Niyazi Əliyev “Gündəlik” verilişinin qonağı olub. 
 

İdmançı oyundan sonra göz yaşı tökməsinin səbəbini açıqlayıb: “İnsan əziyyətinin bəhrəsini görməyəndə və verdiyi sözü tuta bilməyəndə təəssüflənir. Elə idmançılar var ki, yarışdan kənarda qalib və ya medal qazanmayıb. Bürünc medalı özümə layiq bilmirəm. 67 çəki dərəcəsində sözünü demiş idmançıyam. Məğlub olduğum türkiyəli Burak Uyğura Türkiyədə qalib gəlmişəm. Müəllimimiz bizim üçün hər dəfə həyəcan keçirir, yarışdan əvvəl ürək dərmanı içir. Zəhmətimin bəhrəsini görmədim. Ağlamağıma səbəb oğlumun orada olması idi. İstəyirdim ki, qızıl medalı onun boynuna salım. Gələnlər məndən qızıl medal gözləyirdi. Rəhman müəllimimi məyus etdiyim üçün ağlayırdım”. (Qafqazinfo)


Xəbər xətti