AÇIQLAMA "Bakıda qızıl medal qazandığım və Azərbaycan bayrağını qaldırdığım üçün çox şadam”

19:33 18 İyun 2015

"Bakıya ən layiqli idmançılar gəlib, yarışlar çətin keçir və buna görə də qələbə sevincinin xüsusi əhəmiyyəti var".

Sportarena.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan millisinin veteranı, sərbəst güləş yarışlarında 97 kq çəkidə I Avropa Oyunlarının qızıl medal sahibi Xetaq Qazyumov bildirib.

O deyib ki, Bakıda I Avropa Oyunlarında qələbə qazanmaq istənilən idmançının arzusudur:

“Çünki hər birimiz adımızı tarixə yazdıra bilərik. Ələlxüsus, bu, evdə, doğma divarlar arasında, azarkeşlər önündə çıxış edən azərbaycanlı idmançılar üçün əhəmiyyətlidir. Məhz Bakıda qızıl medal qazandığım və Azərbaycan bayrağını qaldırdığım üçün çox şadam”.


Xəbər xətti