YENİLƏNİR - 3 boksçumuz 1/4 finala yüksəldi

22:49 19 İyun 2015

"Bakı-2015" I Avropa Oyunlarında boks yarışları davam edir.

Yarışların növbəti günündə 3 kişi, ikisi qadın olmaqla 5 boksçumuz mübarizəyə qoşulub.

 


Kişilər

56 kq

Yığmamızın üzvü Tayfur Əliyev mübarizəyə 1/8 finaldan qoşulub. Onun ilk görüşündəki rəqibi rumıniyalı Nikolae Andreiana olub. Təmsilçimiz hər üç raundda qalib gəlib və 1/4 finala adlayıb.Əliyev bu mərhələdə Danimarka təmsilçisi Fredrik Yensenlə döyüşəcək. Görüşün iyunun 22-də saat 14:00-da başlayacağı gözlənilir. 

81 kq

Dünən Böyük Britaniyadan Joşua Buatsiyə qalib gəlməklə 1/8 finala vəsiqə qazanan Teymur Məmmədov çıxışını davam etdirib. Avropa çempionumuz və Olimpiya oyunlarının bürünc mükafatçısı bu mərhələdə polşalı Yordan Kulinski ilə üz-üzə gəlib. 3:0 hesabı ilə qalib gələn boksçumuz 1/4 finala yüksəlib. T.Məmmədov bu mərhələdə Peter Millenberqi sınağa çəkəcək. Qarşılaşma iyunun 22-də saat 20:45-də olacaq.

91 kq

Ən ağır çəki dərəcəsində ölkəmizi Məhməmədrəsul Məcidov təmsil edəcək. Mübarizəyə 1/8 finaldan başlayacaq ikiqat dünya çempionumuz və Olimpiya Oyunlarının bürünc mükafatçısı bu mərhələdə Gürcüstan təmsilçisi Mixail Baxtidze ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.  M.Məcidov 1/4 finalda Ali Demirezenlə üz-üzə gələcək. Döyüş iyunun 22-də saat 21:00-da start götürəcək.



Qadınlar

51 kq

Qadın boksçularımızdan rinqə ilk olaraq Anaxanım Ağayeva çıxacaq. Gənc boksçumuz 1/8 finalda Polşa təmsilçisi Sandra Drabiklə döyüşüb. Boksçumuzun çıxışı uğursuz alınıb. Rəqibinə 0:3 (36:40, 36:40, 36:40) hesabı ilə uduzan Ağayeva 1/4 finala yüksələ bilməyib.

75 kq

Digər qadın boksçumuz Leyla Cavadova da mübarizəyə 1/8 finaldan başlayıb. O, ilk görüşündə rusiyalı Yaroslava Yakuşina ilə üz-üzə gəlib və 0:2 hesabı ilə uduzub.


Digər xəbərlər

Xəbər xətti