"Barselona" Xavini əvəzləyə biləcək futbolçunu tapdı

05:00 19 İyun 2015

İspaniya çempionu və Çempionlar Liqasının qalibi “Barselona” kapitan Xavi Hernandesi yarımmüdafiədə əvəzləyə biləcək futbolçu tapıb.

 

Sportarena.az xəbər verir ki, kataloniyalılar həmin mövqeyə ən real namizəd olaraq “Arsenal”da forma geyinən Santi Kazorlanı görür.

 

Yarımmüdafiəni gücləndirmək yönündə işlər aparan “Barselona” klubu 35 yaşlı ispaniyalı futbolçunu heyətinə qatmağa hazırlaşır.

 

Baş məşqçi Luis Enrike açıqlamasında mərkəzdə Kazorlanın komandaya xeyir verəcəyini deyib.


Digər xəbərlər

Xəbər xətti