Türkiyəli futbolçu sevgilisinin yanında verilən suala əsəbləşdi - FOTOLAR

12:48 19 İyun 2015

Futbolçu Arda Turan sevgilisi Aslıhan Doğanla şam edib.

Məkandan çıxarkən jurnalistlərin suallarını cavablandıran Arda Aslıhan haqqında heç vaxt “bacımdır” sözünü işlətmədiyini deyib:

“Bunu heç vaxt söyləməmişəm, özünüzdən uydurmusunuz”.

Arda sevgilisinin yanında bir vaxtlar adı eşq dedi-qodularında hallanan aparıcı Burcu Əsmərsoyla bağlı verilən suala isə əsəbləşib. O, Burcudan küsmədiyini deyib: 

“Burcunun başımın üstündə yeri var. İstədiyi vaxt zəng edib danışa bilər. Məni əsəbləşdirirsiniz”.


Xəbər xətti