Alban boksçu dopinqə görə “Bakı-2015”-dən uzaqlaşdırılıb

13:37 19 İyun 2015

Albaniyalı idmançı Recildo Zeneli “Bakı 2015” I Avropa Oyunlarında tətbiq edilən Avropa Olimpiya Komitəsinin anti-dopinq qaydalarını pozduğuna görə yarışlardan uzaqlaşdırılıb.

Sportarena.az xəbər verir ki, bu barədə I Avropa Oyunlarının saytında yayılan xəbərdə bildirilir. Albaniyalı boksçunun dopinq yoxlamasında qadağan olunan preparatlar siyahısında olan furosemid aşkarlanıb.

Xatırladaq ki, R.Zeneli heç bir mübarizədə iştirak etməyib.


Digər xəbərlər

Xəbər xətti