Tahir Süleymanov "Neftçi"yə gəldi - QALMAQAL DÜŞDÜ

14:59 19 İyun 2015

Belçikalı futbolçu Emil Mpenzaya görə FİFA tərəfindən cəzalandırılan “Neftçi” klubunun Müşahidə Şurası (MŞ) dünən iclas keçirib.

 

Sportarena.az apasport.az-a istinadən xəbər verir ki, MŞ sədri Çingiz Abdullayevin rəhbərlik etdiyi toplantıya komandanın sabiq vitse-prezidenti Tahir Süleymanov da qatılıb.

 

Abdullayevin dəvəti ilə MŞ iclasında iştirak edən Süleymanov “Mpenza qalmaqalı” ilə fikirlərini çatdırıb və vəziyyətdən çıxış yolu üçün Şura üzvlərinə öz tövsiyələrini verib. Bu isə klubun icraçı-direktoru Elnur Məmmədovun etirazına səbəb olub. O, tez-tez Süleymanovun fikirlərinə müdaxilə etdiyindən, Tahir bəylə Məmmədov arasında qalmaqal yaşanıb.


Digər xəbərlər

Xəbər xətti