Robert Prosineçki : "Azarkeşlər yenidən yığmaya inanırlar"

16:29 19 İyun 2015

"Yeddi aydır Bakıda yaşayıram. Getdiyim yerlərdə bir sıra oyunlar izlədim. Yığmaya ən yaxşı futbolçuları cəlb etməyə çalışıram".

Sportarena.az xəbər verir ki,bu sözləri Azərbaycan millisinin xorvatiyalı baş məşqçisi Robert Prosineçki ölkəsinin mətbuatına açıqlamasında deyib.

"Avro-2016"nın seçmə mərhələsində qarşılaşacaqları Xorvatiya ilə oyuna toxunan 46 yaşlı mütəxəssis ölkəsinin yığmasına Bakıda asan olmayacağını bildirib: "Xorvatiya qrupun favoritidir, ancaq onlara Bakıda asan olmayacaq. Azərbaycan millisi artıq fərqli komandadır. Yığmada yaxşı atmosfer yaratmışıq. Azarkeşlər yenidən yığmaya inanırlar. Onlar komandalarının seçmə mərhələyə 4 məğlubiyyətlə başlayacağını təsəvvür etmirdilər. Lakin son iki oyundan sonra itirilmiş inamı yenidən qaytardıq".

Prosineçki Bakı şəhəri haqda da fikirlərini bölüşüb: "Bakı möcüzəvi və müasir şəhərdir. İnsanları çox yaxşıdır. Burada infrastruktur qurmaq və investisiya yatırmaq üçün əla şərait var. Azərbaycanlılar Bakını Dubaya bənzətməyə çalışırlar. Buna nail olacaqlarına inanıram".

Qeyd edək ki, Prosineçkinin gəlişindən sonra seçmə mərhələdə keçirdiyi iki oyundan 4 xal qazanan (Malta - 2:0, Norveç - 0:0) Azərbaycan millisi növbəti görüşünü sentyabr ayında Bakıda Xorvatiyaya qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti