Fərid Mansurov : “Güləşçilərimizin medal qazanacaqlarına inanırdım"

00:38 20 İyun 2015

“Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimi çox möhtəşəm idi. Bir çox beynəlxalq səviyyəli idman yarışlarının iştirakçısı olmuşam. Hələ “Bakı-2015”dəkindən yüksək səviyyədə təşkil olunan açılış mərasimini, eləcə də idmançılar üçün yaradılmış şəraiti heç bir ölkədə müşahidə etməmişəm. Bunu Avropa ölkələrindən gəlmiş nümayəndələr və idmançılar da təsdiq edirlər.

Sportarena.az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, bu sözləri  iyunun 19-da Azərbaycan Milli Olimpiya Komitəsində birinci Avropa Oyunlarının yeddinci günündə medal qazanan idmançılarımızla keçirilən görüşdə iştirak edən yunan-Roma güləşi üzrə Olimpiya və dünya çempionu Fərid Mansurov deyib.

F.Mansurov ilk Avropa Oyunlarında güləşçilərimizə azarkeşlik etdiyini söyləyib:

“Güləşçilərimizin medal qazanacaqlarına inanırdım. Çünki onlar indiyədək Olimpiya Oyunlarında başqa idmançılara nisbətən həmişə yaxşı nəticələr göstəriblər”.


Digər xəbərlər

Xəbər xətti