"Bakı-2015" : Albert Səlimov erməni əsilli idmançını məğlub etdi

15:44 20 İyun 2015

“Bakı-2015” I Avropa Oyunlarında boks yarışları davam edir.

Bu gün yığmamızın iki boksçusu bu gün mübarizəyə qoşulur. Elvin Məmişzadə və Albert Səlimov  1/4 finala çıxmaq üçün yarışır.



52 kq
 
Millimizin üzvü  Elvin Məmişzadə mübarizəyə 1/8 final mərhələsindən qoşulub. Avropa çempionumuzun rəqibi irlandiyalı Mayls Kesi olub. Hər 3 raundda qələbə qazanan boksçumuz 1/4 finala yüksəlib.


60 kq

Bu çəki dərəcəsində Albert Səlimovun bügünkü döyüçü maraqla gözlənilir.  Çünki idmançımız Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyanla üz-üzə gəlib. Hər 3 raundda rəqibindən üstün olan Səlimov adını 1/4 finala yazdırıb.

Qeyd edək ki, boksçularımızdan Tayfur Əliyev, Teymur Məmmədov  və Məhəmmədrəsul Məcidov artıq 1/4 finala vəsiqəni təmin edib. 


Digər xəbərlər

Xəbər xətti