Seneqallı futbolçu "Beşiktaş"dan ayrılır - SON XƏBƏR

10:15 20 İyun 2015

“Beşiktaş” klubu hücumçusu Demba Ba ilə yollarını ayırmağa hazırlaşır.

Sportarena.az xəbər verir ki, seneqallı futbolçu Çinin “Şanxay Şensua” klubuna transfer olunur.

İstanbul təmsilçisi  bu keçidin qarşılığında çinlilərdən 14 milyon avro tələb edib. “Şanxay Şensua” klubu “Qara qartallar”ın irəli sürdüyü şərtləri qəbul edərərk yaxın günlərdə hücumçuyla müqavilə bağlacaq.    

Qeyd edək ki, 30 yaşlı seneqallı futbolçunun  “Beşiktaş”la qarşıda 3 il müqaviləsi var.


Digər xəbərlər

Xəbər xətti